bookmate game
Rolf Dobelli

Məntiqli düşünmə sənəti

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Parvin Shahseynlihas quoted9 years ago
    “Stəkanın yarısına qədər boş deyil, ya­rı­sına qədər dolu olduğunu görmək lazımdır”.
  • aasadzadahas quoted7 years ago
    Qadın modellər kosmetika aləmində reklam­lara çəkilirlər. Bu işdə bəzi istehlakçılar belə qə­naətə gəlirlər ki, kosmetika insanı gözəlləşdirir. Lakin bu qadınları model edən kosmetika deyil axı. Modellər təsadüfi olaraq dünyaya gözəl gəliblər və kosmetika reklamlarında da məhz bu qadınlar ilk növbədə işə cəlb edilirlər. Burada nə üzgüçülər, nə də gö­zəl­lik reklamında çıxış edən qadınlar nəticəni öz fəaliyyətləri ilə deyil, məhz fərdi xüsusiyyətlərinə və anadangəlmə faktorlara görə əldə edirlər.
  • elshadmehdiyevhas quoted9 years ago
    Parıldama effektinin, qısa müddətli olsa belə, yaxşı nəticələri də vardır. Siz nə vaxtsa nəticəsini anlamadan kiməsə can-dildən aşiq olmusunuzmu? Əgər həyatınızda bu baş vermişdirsə, onda siz parıldama effektində onun şüalarının nə qədər gözqamaşdırıcı olmasına artıq bələdsiniz. Aşiq olduğunuz qız və ya oğlan sizin üçün hər şeydir: o, cəlbedici, gözəl, ağıllı, xeyirxah və füsunkardır. Hətta ən yaxın dostlarınız sizin vurulduğunuz qızın ən ciddi qüsurlarını üzünüzə desələr belə, ülvi məhəbbət möcüzəsindən başqa gözünüzə heç nə görünmür.
  • Mahir Bagirovhas quoted8 years ago
    Əgər bir adam gəlirinin nədən asılı olduğunu yaxşı bilirsə, sənin onu bundan yayındırmaq üçün verdiyin izahatlar və anlatma cəhdin boş bir şeydir. Çünki o, həmişə bildiyinin marağındadır”.
  • Bahlul Valiyevhas quoted8 years ago
    Əgər saçını kəsdirmək istəyirsənsə, onda bunu heç bir bərbərdən soruşma. O, bildi-bilmədi, hazırdır”
  • b6599933314has quoted9 years ago
    qəbiris­tan­­lıq­­lara baş çəkin, çünki ora heç vaxt karyera, sərmayə və layihələr haqqında vədlər vermir. Doğrudur, bu, qəm­­gin bir gəzintidir, lakin faydalıdır.
  • b5100845609has quoted9 years ago
    Yaponlar 30 il bundan əvvəl dünya bazarını öz məhsulları ilə zən­gin­ləş­dirdilər. Digər sənaye sahibkarları isə sənaye möcüzəsinə dəqiq nəzər yetirdilər və gördülər ki, yapon fabriklərinin iş prinsipi kollektiv, qrup rejimi qaydasında təşkil edilmişdir. Məhz bir sıra dövlətlər həmin modelin surətini çıxardılar, lakin nəticədə hər şey bir-birinə qarışdı. Yaponiyada ən yaxşı çalışqan prinsip nə idisə (mənim tezisimə görə, yaponlarda sosial tənbəllik effekti baş verməmişdi), bu özlərindən razı və həyatı başqa cür düşünən amerikalılarda və avropalılarda həmin səviyyədə təkrarlanmadı. Komandalar şəklində fəaliyyət bizim ölkəmizdə də mötəbər mənbələrə görə, – əgər onlar mümkün qə­dər fərqli, ixtisaslaşmış insanlardan ibarətdirsə, – daha yaxşı nəticələr verir. Belə qruplarda ayrı-ayrı iş icraatı mütəxəssislərin üzərinə düşdüyünə görə, bu onlar üçün xüsusi məna kəsb edir.
    Sosial tənbəlliyin maraqlı təsirləri vardır. Qruplarda biz özümüzü nəinki fəaliyyət prosesindən saxlayırıq, habelə yaxamızı məsuliyyətdən kənara çəkirik. Heç kim yaranmış pis nəticə üçün təqsirli olmasını istəmir.
  • Tarja Shas quoted8 years ago
    Amerikan psixoloqu Harri Şvarts özünün “Narahatlığı ələ almaq” kitabında bunun nəyə görə bu şəkildə baş verməsini izah edir.
  • b6884834241has quoted8 years ago
    İşi dayandırmaq məğlubiyyətə uğramağa bə­ra­bər­dir. Ona görə də yersiz çəkilən xərclər tez-tez “Konkord effekti”nə bənzəyir. Burada nəinki bahalıq, itki, eləcə də yersiz qərar qəbul etmə zamanı yol verilən yanlışlıqlar öz sözünü deyir.
  • elshadmehdiyevhas quoted9 years ago
    Pavlov metodu insanlara münasibətdə də tətbiq oluna bilər. Reklam bu və ya digər məhsulun nümayiş etdirilməsində müsbət emosiyaları bir-birinə bağlayır. Ona görə də siz heç vaxt reklamda çirkin sifətlər və ya beli bükülmüş qoca şəklini görə bilməzsiniz. Koka-kola içən, pəhləvan cüs­sə­li, gözəl adamlar insanda inanılmaz ləzzət aşılayırlar.
fb2epub
Drag & drop your files (not more than 5 at once)