az
Books
Sahilə

Seç

  • b8234558246has quoted8 years ago
    Başıma maraqlı hadisə gələndə Allahın yadına düşdüyümü düşünürəm. O, nəhayət mənimlə maraqlanıb deyə sevinirəm
  • b8234558246has quoted8 years ago
    Ayrılaq! Mən daha səninlə tək olmaq istəmirəm. Özüm tək qalaram
  • Məhəmməd Qaraşovhas quoted8 years ago
    n müddət güclü iybilməyə əsaslanıb yaşayıblar. Onlar ovu, zəhəri, tərəf müqabilini iyləyərək seçirdilər. Onları təqibə, qaçışa və duruşa havadakı iy sövq edirdi. Onlar iylə ünsiyyət qururdular…”, düşündü. Burnuna müxtəlif iylər gəldi. Ürəyi bulandı. Güclə udqundu və qəfildən hər şey düzəldi. O qız. Zoğalı dırnaq boyası olan qız…onun sinəsinə səpdiyi ətir yayıldı ətrafa. Zərifə dərindən nəfəs aldı. Bədənini xoş rahatlıq bürüdü. Tavan yerinə qayıtdı. Bayaqdan tavan sanki sinəsinə dirənmişdi. Ətir
  • Vusala Huseynovahas quoted6 years ago
    Mən oğlanın yadımda qalan qüsurlarını optikləşdirib rəfiqəmin gözünə soxurdum ki, itkisinin əcaib bir məxluq olduğunu düşünsün, az əziyyət çəksin.
  • Intizar Sübhanhas quoted7 years ago
    Bircə Freydin o məşhur sualını verməsinlər -“qadınlar nə istəyir? “Hamısı bilir. Bilirlər qadın diqqət istəyir. Ən məşhur kişi fəndi elə diqqət üzərində qurulub. Başda qadını ağzına qədər dolu diqqət çəlləyinə salırlar, ayağın göydə qalır, elə bilirsən barmaqların yerə dəysə, boğularsan. Birdən sakitcə geri çəkilirlər. Bir müddət özünü şahzadə kimi hiss eləyən qadın qəfil susqunluqdan girinc qalır. Bir addım da özü atmalı olduğunu düşünür. Hər şey o addımdan başlayır.
  • Intizar Sübhanhas quoted7 years ago
    “Platon çirkli ruhların ideyalar aləmində çox gəzə bilmədiyini deyirdi. Pislik bədəni ağırlaşdırır, onu göylərə qalxmağa, orda çox qalmağa qoymur. Çirklənmişəm.”
  • b5100845609has quoted8 years ago
    Zərifə Allahın varlığına inanır. Lakin həm də anlaya bilmir, dinlərin dediyi kimi, Allahın əlində sonsuz imkanlar varkən niyə o, dünyanı məhz belə - adi bir qızın bəyənmədiyi şəkildə yaradıb?
  • Ирина Осипенкоhas quoted2 years ago
    O, təkcə mənim müəllimim deyildi, həm də sevgilim idi. Biz bir evdə yaşayırdıq. Mənim heç vətəndaş nigahım da yox idi. Mən ona inanırdım. Kirayələdiyi ucuz evlərdə dünyanın ən adil varlığı ilə birgə yaşadığıma inanırdım. Axı, o, sxem cızırdı… Ədalət sxemi. Mənsə çox gözəl idim. İşini asanlaşdırmaq üçün gözəlliyimlə ona ilham verirdim, bəlkə də özümü qurban edirdim. Kaş evimiz olaydı. Onda mən hündürmərtəbəli evlərdən gələn işıqlara həsrətlə baxmazdım. Bütün varlığımla inanırdım ki, bir gün o, ev alacaq, mənim gözəl mətbəxim, müxtəlif dibçək gülləri ilə bəzənmiş səliqəli eyvanım olacaq. İstəsə, nigahım da olar, lap uşağım da. Bəziləri deyirdi ki, mən bu gözəlliklə dünyanın ən yaxşı mətbəxinə, dibçək gülləri ilə bəzənmiş eyvanına layiqəm, onları əldə etmədiyim üçün sonra peşman olacaq axmağam.

    Mənsə ona inanırdım.
  • b7269870870has quoted3 years ago
    Yaradıcılıq insanı gözəlləşdirir.
  • Ирина Осипенкоhas quoted3 years ago
    Amma yadımdasan. Sadəcə belə məsləhət bilmişəm. Nə veriblər onu yaşa. Başqaları kimi.
fb2epub
Drag & drop your files (not more than 5 at once)