Veronika monastırda kirayələdiyi otaqda dörd qutu dərman içərək intihar etmək istəyir. Bu qərarını o, iki cür əsaslandırır. Birincisi, həyatındakı hər şeyin eyni olması və yaşlılıqdan qorxması. İkincisi, Veronika qəzet oxuyan, televiziya izləyən bir xanım olduğu üçün, dünyada baş verənlərdən xəbərdardır. Səhv hesab etdiyi şeylərə müdaxilə etmək üçün gücsüzlüyünü dərk edən Veronika intihardan başqa çıxış yolu görmür.