OAR

  • b8779463305has quoted2 years ago
    Başımız əziyyət çəkərək daha çox pul qazanıb ətrafdakıların gözünə soxmağa, daha yaxşı geyim, daha müasir maşın, daha dəbdəbəli ev, daha mükəmməl smart cihazlar əldə eləməyə elə qarışıb ki, özümüzü tamamilə unutmuşuq. Amma dayan. Bir stop elə. “Axı niyə?” deyə bir sual verdikdə, yaxud insanlardan kənar bir mühitdə güzgüdə öz əksimizlə üz-üzə qaldıqda və gözlərimizin içinə baxdıqda “Mən doğrudan da buyam? Mən uçuruma doğru gedirəm” deyirik özümüzə və uğrunda çapaladığımız hər şeyin necə də mənasız və lazımsız olduğunu və əsl lazımlı şeylərin bir kənarda qalıb baxımsızlıqdan toz basdığını anlayırıq...

    Amma yox. Bunu heç vaxt eləmirik. Özümüzə o sualı heç vaxt vermirik. İnsanlardan kənarda güzgüdəki əksimizlə üz-üzə gəldikdə isə gözümüzün içinə yox, üzümüzdəki sızanaqlara, burnumuzun əyriliyinə, alnımızın qırışına baxırıq. Axmaq olduğumuzu heç cürə qəbul edə bilmərik. Axı hər birimiz ayrılıqda bir Eynşteynik.

    Nədənsə bu sətir mənə təsir etdi.

  • b8779463305has quoted2 years ago
    Bəzən mənə elə gəlirdi ki, ətrafımdakı insanlar hamısı androiddi. Hamısı eyni proqramlaşdırılıb. Eyni axmaqlıqlar, eyni zarafatlar, eyni həyat hekayələri. Onlara nə yazdırasan...

    *
  • Niyaz Mammadoffhas quoted2 years ago
    Nə isə, biz insanlar öz gözümüzdə şalbanı qoyub başqasının gözündə çöp axtarmağa öyrəncəliyik. Mən öz müharibəmdən danışmıram. Müharibələri dayandırmaq istəyirəmsə birinci özümdən başlamalıyam, elə deyilmi? Axı mən nə vaxt içimdəki kini, paxıllığı, ikrah hissini öldürməyə çalışdım?
  • b9847535259has quoted2 years ago
    Həyatım sənə maraqlıdırsa tək bircə cümləylə belə ifadə edərəm ki, şəxsiyyət vəsiqəm həmişə şalvarımın cibində olur. Bunu ona görə qoymuşam ki, qəfil ölüm məni haqlayarsa aylarla ölüxanada saxlayıb mənim olmayan qohum-əqrəbamı axtarmasınlar.
fb2epub
Drag & drop your files (not more than 5 at once)